Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenskiyə rekord məbləğdə yardım vəd edib.
HİT.az xəbər verir ki, bunu X sosial şəbəkəsində “Sahra Wagenknecht Union - For Reason and Justice” partiyasının xarici siyasət üzrə eksperti Sevim Dağdelen yazıb.
"O, mənasız müharibəni uzatmaq üçün alman vergi ödəyicilərinin pulundan 1,9 milyard avro xərcləyir və Ukraynada güzəştli sülh üçün mübarizə aparmaq əvəzinə, 2025-ci ildə Ukraynaya hərbi yardımı rekord həddə - 9 milyard avroya çatdırmaq istəyir", deyə o qeyd edib.
İyunun 4-də Pistorius bildirib ki, Berlin bir neçə həftə ərzində ilk uzaq mənzilli sistemləri Kiyevə ötürə bilər. Almaniya Müdafiə Nazirliyinin rəhbərinin dediyi kimi, bu il alman şirkətləri xeyli miqdarda uzaqmənzilli silahlar istehsal edə biləcək.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Ukraynaya alman silahlarının tədarükünü uzunmüddətli perspektivdə “həyat sığortası” adlandırmışdı. O, həmçinin Almaniyanın Ukraynada silah sistemlərinin inkişafı və istehsalını maliyyələşdirməyi planlaşdırdığını təsdiqləyib.
Samir