Azərbaycanın 3 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının ilk günündə uğuersuz çıxış edib.
Bizim.Media xəbər verir ki, onlar yarışı medalsız başa vurublar.
Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya məğlub olub. Qadınlarda Leyla Əliyeva (48 kq) 1/32 finalda Kurbanay Kurbanovanı (Türkmənistan) üstələsə də, ikinci görüşdə Laura Martinesə (İspaniya) uduzub. . Könül Əliyeva 1/32 finalda Mariya Labordeyə (ABŞ) məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb. Yığmamız, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media