EN

Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq

Azad edilmiş Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq.

"Report"un Xankəndiyə ezam olunmuş müxbiri xəbər ki, bunu Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri,Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

Nazir müavini bildirib ki, bu istiqamətdə müvafiq işlərə başlanılıb: "Bununla əlaqədar nazirlik Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə yaradılması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlayıb və Azərbaycan Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırıb".

Onun sözlərinə görə, hazırda sözügedən xəritə-sxem münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilib və həmin qurumlar ilə işçi qaydada müzakirələr davam etdirilir.

Chosen
40
7
ekologiya.az

8Sources