EN

Üçüncü divizion klubu müraciət etdi, ofsayd qaydası dəyişdi

BAKI, 13 iyun. TELEQRAF

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) İsveçin "Torns" klubunun müraciətindən sonra ofsayd qaydasında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, üçüncü divizion təmsilçisi 2023-cü ildə ofsayd qaydalarının mətnindəki boşluğa diqqət çəkən gülməli bir video yayımladı.

Onlar müraciətdə ofsayd qaydalarının mətnində ötürmə zamanı “ilk təmas nöqtəsi”nin nəzərə alındığını bildiriblər. Bu o deməkdir ki, nəzəri olaraq topu ayağınızda saxlaya və sonra müdafiəçilərin arxasına ata bilərsiniz.

Klub bununla bağlı IFAB-a videomüraciət edib.

Qanunverici orqan əvvəlcə bu tələbi rədd etsə də, sonradan mətnə düzəliş etməyə razılaşıb.

“Torns” komandası 1200 nəfər əhalisi olan şəhəri təmsil edir.

Chosen
25
teleqraf.com

1Sources