EN

“Ulduzların oyunu” yeni formatda keçiriləcək

Nüfuzlu qaynaqların yaydığı xəbərə görə, MBA hazırda 2025/26 mövsümü üçün “Ulduzların oyunu”nu yeni formatda – “ABŞ qalan dünyaya qarşı” – keçirmək planı üzərində çalışır. Həmin oyunun gələn il fevralın 15-də Kaliforniya ştatının İnqlvud şəhərində keçirilməsi planlaşdırılır.

"Football-plus.az" xatırladır ki, bir müddət əvvəl MBA-nın komissarı Adam Silver “Fox Sports 1”ə müsahibəsində oyunun bu formatda keçirilməsinin mümkünlüyü haqda danışmışdı:
“Yayın üçün ABŞ qalan dünyaya qarşı” matçından daha yaşı nə ola bilər ki?! Formatın necə olacağına hələ tam əmin deyiləm. Əlbəttə, MHL-in də etdiklərinə diqqət yetirirəm, onların təşəbbüsü uğurlu alındı”.

Xatırladaq ki, MHL rəhbərliyi bu il ənənəvi “Ulduzların oyunu” əvəzinə Kanada, Fransa, İsveç və ABŞ yığmalarının qatıldığı “4 millətin turniri”ni keçirib.
Chosen
14
1
football-plus.az

2Sources