EN

İsrail İrana zərbələri davam etdirir – İsrail MN

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (İDF) İrandakı hədəflərə aviazərbələrendirməyə davam etdiyini bəyan edib.

Bu barədə Trend“Times of Israel” nəşrinə istinadən məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin rəsmi sosial şəbəkə hesabında qeydolunur ki, İrandan təhdidlərin aradan qaldırılması üçün İsrail havaqüvvələri hədəfləri vurmağı davam edir. Məlumat hava zərbələriningörüntüləri ilə müşayiət olunur.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə 150-dənçox ballistik raket və 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb,bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Chosen
58
1
az.trend.az

1Sources