EN

Azərbaycanın Cənub-Şərqi Anadoludan mal idxalının dəyəri 34 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 38,556 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 34 % çoxdur.

Hesabat dövründə bölgədən ümumilikdə 4 milyard 910,24 milyon ABŞ dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 3,2 % çoxdur.

5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (1 milyard 902,551 milyon ABŞ dolları; 2 % az) həyata keçirilib. Onu Afrika ölkələri (833,142 milyon ABŞ dolları; 30 % çox) və Avropa İttifaqı ölkələri (797,702 milyon ABŞ dolları; 4 % çox) izləyib.

Chosen
36
2
report.az

3Sources