ain.az bildirir, Olke.az saytına əsaslanaraq.
İranın İsrailə hava zərbələri nəticəsində paytaxt Təl-Əvivdə ciddi dağıntılara, ölümlərə və çoxsaylı ciddi zədələrə yol açıb.Ölkə.az xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, İranın raket hücumları nəticəsində ən azı 4 israilli ölüb və 91 nəfər yaralanıb.“Haaretz”in məlumatına görə, Ramat Qanda İran raketləri ilə vurulan 9 bina tamamilə dağıdılıb, çoxlu sayda insan hücumların həyata keçirildiyi bölgələrdən təxliyə edilib.
İran ordusu cavab zərbəsi ilə İsrailə yüzlərlə ballistik raket atmağa davam edir və hədəflərdən birinin İsrail Müdafiə Nazirliyinin binasını vurduğu bildirilir.
İrandan atılan raketlərin İsrailə 7 nöqtəyə düşdüyü və bu ərazilərdə işlərin davam etdirildiyi bildirilib.Təl-Əvivdən ən son görüntüləri təqdim edirik...
Mürtəza
Ölkə.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.