EN

Azərbaycanda bir neçə aşırımlı körpü təmir olunacaq

BAKI, 14 iyun. TELEQRAF

Regional Su Meliorasiya Xidməti ölkə ərazisində bir neçə aşırımlı körpünün əsaslı təmir işlərinin görülməsi ilə bağlı ümumi dəyəri 801 min manat olan tenderlər elan edib.

Teleqraf xəbər verir ki, Saatlı rayonu Sağ Sahil kollektoru üzərində aşırımlı körpünün əsaslı təmiri ilə bağlı tenderin ehtimal olunan qiyməti 215 min manat, Sol Sahil Kanalı üzərində aşırımlı körpünün əsaslı təmirinin qiyməti isə 160 min manatdır.

Aşağı Muğan II -Küryanı kollektorunda və Aşağı Muğan SAV-28 kollektorunda aşırımlı körpülərin əsaslı təmiri bağlı tenderlərin ehtimal olunan qiyməti müvafiq olaraq 40 min və 26 min manatdır.

Aşağı Muğan Kanalı üzərində aşırımlı körpünün isə 180 min manata əsaslı təmir ediləcəyi ehtimal olunub.

Tenderlərlə bağlı təkliflərin son təqdim olunma tarixi iyulun 9-na təyin olunub. Zərflər də həmin tarixdə açılacaq.

Chosen
3
teleqraf.com

1Sources