EN

Tehranın ABŞ ilə danışıqların növbəti raundunda iştirakına dair qərarı müəyyənləşməyib – Bəqai

Bakı. Trend:

Tehranın İran və ABŞ arasında dolayı danışıqların növbətiraundunda iştirak etməsinə dair qərarı müəyyənləşməyib.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün (14 iyun) yerli mediaya açıqlamasındadeyib.

Onun sözlərinə görə, İran üçün təsəvvür olunmur ki, İsrailinİrana hərbi hava hücumları ABŞ ilə koordinasiya olunmadan və yaxudbu ölkənin yaşıl işıq yandırması ilə həyata keçirilib.

Bəqai bildirib ki, qarşı tərəf (ABŞ) praktiki olaraq müzakirə vədialoqun mənasız olması ilə əlaqədar addım atıb. Belə ki, birməsələ üzərində anlaşma əldə etmək üçün müzakirə iddiasında olduğuhalda, iş bölgüsü apararaq İsrailin İranın ərazi bütövlüyünə hücumetməsinə icazə verib. Bu isə praktiki olaraq mümkün deyil.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərindəİran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayımüzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr OmanKrallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidininvasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri SeyidAbbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərqməsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilətəşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtıMəsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baştutub. İran və ABŞ arasında danışıqların 6-cı raundunun Omanda 15iyunda keçirilməsi qərara alınıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib.

Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı“Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildəhərbi obyektlərin vurulduğunu bildirib.

Məqalədə:
Chosen
16
az.trend.az

1Sources