EN

MOSSAD İranda bir sıra əməliyyatlar həyata keçirib

İsrailin İrana qarşı bu həftə başladığı genişmiqyaslı hava hücumlarından əvvəl ölkənin kəşfiyyat xidmətləri xüsusilə də MOSSAD İran ərazisində fəal şəkildə fəaliyyət göstərib. 

"Cebheinfo.az" “CNN İnternational” televiziyasına istinadən xəbər verir ki, MOSSAD İranın içərisinə silah qaçaqmalçılığı həyata keçirərək, ölkə daxilindəki müdafiə sistemlərinə qarşı daxildən zərbə endirmək üçün baza formalaşdırıb.

İsrail rəsmilərinin bildirdiyinə görə, bu plan sayəsində pilotsuz uçuş aparatları vasitəsilə Tehranın yaxınlığında yerləşən raket qurğuları sıradan çıxarılıb.

Yer-hava tipli raket sistemlərinin dəqiq silahlarla hədəfə alınması isə İsrail Hərbi Hava Qüvvələrinə 200-dən çox təyyarə ilə 100-dən artıq hava zərbəsi endirməyə imkan verib.

Bildirilir ki, bu əməliyyatlar MOSSAD-ın İranda nə qədər dərin nüfuz etdiyini açıq şəkildə ortaya qoyur.İranın yüksək səviyyəli rəsmiləri və strateji obyektləri artıq MOSSAD üçün əlçatan hədəflərə çevrilib.

Chosen
11
cebheinfo.az

1Sources