Olaylar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmaeil Baqai "NourNews" agentliyinə açıqlama verib.
Onun sözlərinə görə, 15 iyun tarixinə planlaşdırılan növbəti ABŞ-İran danışıqları rəsmən ləğv olunmasa da, qərarın hansı istiqamətdə veriləcəyi hələ də müəyyən edilməyib.
"Bu məsələ ilə bağlı 15 iyunda hansı qərarı verəcəyimiz hələ bəlli deyil," - deyə Baqai bildirib.
Qeyd edək ki, daha əvvəl eyni diplomat bildirmişdi: İsrailin İrana qarşı hücumundan sonra Vaşinqtonla aparılan danışıqların mənası qalmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31