"Şamaxı" icarə müddəti başa çatan Cəlal Hüseynovla yollarını ayırıb.
Bölgə təmsilçisindən verilən məlumata görə, müdafiəçi məxsus olduğu Bolqarıstanın “Arda” klubuna qayıdıb.
Qeyd edək ki, C.Hüseynov ötən mövsümün yarısından "Şamaxı"da çıxış edirdi.