EN

Azərbaycan nəqliyyat qovşağı kimi öz mövqeyini möhkəmləndirib

"Azərbaycan tarixən qədim İpək Yolunun üzərində yerləşərək sivilizasiyaların qarşılıqlı əlaqəsində mühüm rol oynayıb".

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Prezidentinin köməkçisi paneldə Azərbaycanın coğrafi əhəmiyyətini vurğulayıb: "Coğrafi mövqeyimiz isə bu əhəmiyyəti daha da artırır, ölkəmiz həm şərq ilə qərbin, həm də şimal ilə cənubun əsas nəqliyyat və ticarət yollarının kəsişdiyi strateji nöqtədə yerləşir. Lakin müstəqillik qazandıqdan sonra anladıq ki, sadəcə tarixi və coğrafi amillər bizim üçün yetərli deyil. Biz Azərbaycanın zəngin tarixi təcrübəsi və əlverişli coğrafi mövqeyindən daha səmərəli şəkildə istifadə etməli, dünya okeanına çıxışı olmayan ölkə kimi quru nəqliyyat əlaqələrimizi daha da gücləndirməliyik".

Hikmət Hacıyev Azərbaycan hökumətinin logistika sahəsində həyata keçirtdiyi siyasətə də toxunub: "Ölkəmizdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmiş, əlaqələndirici nəqliyyat xətləri yaradılmış, Şərq-Qərb nəqliyyat dəhlizinin qurulmasına start verilmişdir. Beləliklə, Azərbaycan regional və beynəlxalq nəqliyyat qovşağı kimi öz mövqeyini möhkəmləndirib".

Chosen
52
1
publika.az

2Sources