EN

Qyokereş Premyer Liqa nəhənginə “yox” dedi

İsveç millisinin hücumçusu Viktor Qyokereş “Mançester Yunayted”in təklifi ilə razılaşmayıb.

Msport.az xəbər verir ki, 27 yaşlı futbolçunun agentləri artıq onun qərarı ilə bağlı “qırmızı şeytanlar”ın nümayəndələrini xəbərdar ediblər.

Daha əvvəl Premyer Liqa təmsilçisinin “Sportinq”in hücumçusu üçün 71,4 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. Onunla Avropanın bir sıra aparıcı klubları da maraqlanır.

Qeyd edək ki, Viktor Qyokereş başa çatan mövsümdə Portuqaliya çempionatını 39 qolla başa vurub. O, ardıcıl ikinci dəfə yarışın bombardiri olub.

Chosen
12
msport.az

1Sources