EN

Ermənistan və İran xarici işlər nazirləri telefon danışığı apardı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı apardığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazıb.

"İranlı həmkarım Abbas Əraqçi ilə telefon danışığında son hadisələri müzakirə etdik və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Ermənistanın mövqeyinə uyğun olaraq, risklərin idarə edilməsinin və regionda eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğuladım. Biz sıx təmasdayıq”, - Mirzoyan bildirib.
Chosen
17
3
sherg.az

10Sources