EN

Hikmət Hacıyev: Cənubi Qafqazda yeni bir status-kvo yarandı

BAKI, 14 iyun. TELEQRAF

Cənubi Qafqazda yeni bir status-kvo yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

H. Hacıyev həmçinin Azərbaycanın irəli sürdüyü “3+3” regional əməkdaşlıq təşəbbüsünə toxunaraq ölkəmizin davamlı sülhə sadiqliyini bir daha vurğulayıb:

“Sülh sazişi Bakıda hazırlanıb. Sazişin əsas prinsipləri məhz Bakıda işlənib hazırlanıb. Azərbaycan regionda sülh və sabitliyin təmin olunması üçün mühüm addımlar atıb. İndi isə biz sülh gündəliyi üzərində çalışırıq. Ən vacibi isə budur ki, Cənubi Qafqazda yeni bir status-kvo yaranıb. Bu status-kvo beynəlxalq hüquq və legitimlik üzərində qurulub. Əvvəlki status-kvo isə işğal faktına əsaslanırdı".

Chosen
33
teleqraf.com

1Sources