EN

"Mən xoşbəxt deyiləmsə, heç kim sevinməsin"

"Mən xoşbəxt deyiləmsə, özümü yaxşı hiss etmirəmsə, heç kim sevinməsin, xoşbəxt olmasın. Hamı özünü bərbad hiss etsin deyə, sağa-sola zəhər püskürtən pis enerjilərin yanından uzaqlaşın".

Publika.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb.

Sənətçi ətrafında olan mənfi auralı insanlardan bəhs edib:

"Kim olursa olsun, təcili yönünüzü dəyişdirin. Bu həyatı cəhənnəmə çevirən, sonra da cənnətə getmek üçün əl qatan pis ruhlulardır onlar. Bəzən oxuduğum mesajlara çox yoruluram, üzülürəm, susuram… "Qara siyahı"ya atmağa enerjim belə olmur. Yaxşı olun! Hər şey könlünüzcə olsun. Heç kimin qəlbinə toxunmaq istəmirəm. Ah almaqdan, günaha girməkdən, qəlb qırmaqdan çox qorxuram.

Chosen
19
7
publika.az

8Sources