EN

"Son mismar": İlon Mask İranda çevriliş üçün görün nə edib

Amerikalı sahibkar İlon Mask İran müxalifətinə etiraz aksiyalarının təşkilinə kömək etmək üçün İranda "Starlink" kosmos internetini işə saldığına eyham vurub.

Publika.az xəbər verir ki, "X" sosial şəbəkəsində İlon Maska "İran rejiminin tabutuna son mismar vurmaq" və "Starlink" peyk şəbəkəsinə çıxışı təmin etmək təklifi ilə müraciət olub.

Müraciət müəllifi qeyd edib ki, İran hakimiyyəti insanların etiraz aksiyaları təşkil etmək üçün koordinasiya edə bilməməsi üçün interneti bağlayıb.

"Şüa siqnalları aktivdir", - deyə Mask cavab verib.

Chosen
23
publika.az

1Sources