EN

Yardımlıda 1,5 ton xaş-xaş kolu məhv edilib

Yardımlıda 1,5 ton xaş-xaş kolu məhv edilib.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2025" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1470 kiloqram olan 6700 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

Chosen
20
10
day.az

10Sources