EN

İngiltərə klubu “Fənərbağça”lı üçün 18 milyon avro ödəməyə hazırdır

İngiltərənin “Everton” klubu “Fənərbağça”nın futbolçusu Fredlə maraqlanır.

Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisi braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Everton” Fred üçün 18 milyon avro ödəməyə hazırdır.

“Fənərbağça” isə futbolçusunu satmaq niyyətində deyil.

Fred başa çatan mövsümdə Super Liqada 31 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə edib.

Chosen
25
1
futbolpress.az

2Sources