EN

İsrailin Zəncan vilayətinə zərbəsi nəticəsində SEPAH-ın üç hərbçisi ölüb - VİDEO

İsrailin İranın şimal-qərbində yerləşən Zəncan vilayətinə endirdiyi zərbə nəticəsində İran Silahlı Qüvvələrinin elit birləşməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üç hərbçisi ölüb.
 
Bu barədə SEPAH-ın yaydığı rəsmi açıqlamada bildirilir.
 
"14 iyun səhəri sionist rejiminin (yəni İsrailin - red.) qəddar hücumu zamanı Zəncan vilayətinə bağlı "Ənsar əl-Məhdi" korpusunun üç hərbçisi həyatını itirib", - deyə açıqlamada vurğulanır.

 

Chosen
51
2
moderator.az

3Sources