EN

İki turist Van Qoqun milyonluq stulunu sındırıb qaçdılar – Məşhur muzeydə vəhşilik - ANBAAN VİDEO

İtaliyanın Verona şəhərində yerləşən məşhur Palazzo Maffei muzeyində xoşagəlməz hadisə baş verib.

Musavat.com xəbər verir ki, muzeydə nümayiş etdirilən və tanınmış rəssam Nikola Bolla tərəfindən hazırlanmış “Van Qoq” adlı bədii stul eksponatı iki turist tərəfindən zədələnib.

Hadisə zamanı turistlər eksponat qarşısında “effektli foto” çəkmək istəyərkən stula toxunublar və nəticədə stulun ayaqları qırılıb. Qeyd edək ki, bu sənət əsəri Swarovski kristalları ilə tamamilə örtülüb və muzeyin ən diqqətçəkən eksponatlarından biri hesab olunurdu.

Muzeyin rəhbərliyi insidentdən dərhal sonra turistlərin hadisə yerindən tez tərk etdiklərini bildirib. Lakin sevindirici haldır ki, muzey əməkdaşlarının səyləri nəticəsində zədələnmiş eksponat bərpa olunub və yenidən sərgidə yerini alıb.

Verona mədəniyyət dairələri və muzey rəhbərliyi hadisəni məsuliyyətsizlik nümunəsi kimi qiymətləndirib və gələcəkdə bu cür halların qarşısının alınması üçün nəzarət tədbirlərinin artırılacağını bildirib.

Musavat.com

Chosen
8
musavat.com

1Sources