EN

İranlı deputat: "Tehran Hörmüz boğazını bağlamağa hazırlaşır"

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tehran Hörmüz boğazının bağlanması imkanını araşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü İsmail Kousari bildirib.

"Hazırda Hörmüz boğazının bağlanması məsələsi nəzərdən keçirilir və İran tərəddüd etmədən müvafiq qərar qəbul edəcək", - deyə Kousari bildirib.

Hörmüz boğazı Fars körfəzini Hind okeanı ilə birləşdirir. O, neftin dünya bazarlarına daşınması üçün vacib yoldur.

İran hakimiyyəti bildirib ki, İsrailə kömək edəcəkləri təqdirdə Fransa, Böyük Britaniya və ABŞ-nin Yaxın Şərqdəki obyektlərinə hücum edəcək. İran üçün hədəf bütün hərbi bazalar, həmçinin Fars körfəzi və Qırmızı dənizdəki gəmilər olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
1
www.bakupost.az

2Sources