Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini İlham Əsgərov saxlanılıb.
DİN-dən APA-ya verilən məlumata görə, araşdırmalarla şəxsin rayon ərazisindəki meşəlik ərazidə odlu silah gizlətməsi məlum olub.
Əraziyə baxış zamanı oradan bir ədəd "AKMS" markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 15 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Coşqun Məmliyev saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib.
Faktlarla bağlı araşdırma davam etdirilir.