EN

Azərbaycanda titullu klub 10 idarəetməsinə verildi

Vaxtilə iki dəfə Azərbaycan çempionu olmuş «Şəmkir»də şura yaradılıb.

Bundan sonra klubun idarəetməsi ilə onlar məşğul olacaq.

Şuraya 10 nəfər daxildir. Yerli futbolsevərlərin formalaşdırdığı birlik «ağ-qırmızılar»ın maliyyələşməsində birbaşa iştirak edəcək.

Baş məşqçi və köməkçilərinin seçilməsi, təyinatı, futbolçuların dəvət olunması şura üzvlərinin səlahiyyətindədir.

Bu qərar təsadüfən verilməyib, zərurətdən irəli gəlib. II Liqada yarışan klub əsas himayədarı ilə vidalaşıb.

Vüqar Nadirovla I Liqaya vəsiqə qazana bilməyən komanda Məhəmməd Həsənovun kurasiyasından alınıb.

Şəmkirin futbol ictimaiyyətinin tələbi və istəyi ilə o, «ağ-qırmızılar»la bütün bağlantılarını kəsib.

Futbol ictimaiyyətində əsasən menecer kimi tanınan M.Həsənov son iki ildə «Şəmkir»ə maliyyə dəstəyi verib.

Premyer Liqanın bir sıra təmsilçiləri ilə əməkdaşlıq eləyən agent legioner futbolçuların satışından qazandığı vəsaitin bir qismini bura yönəldib. Baş məşqçi və köməkçilərinin, həmçinin bəzi futbolçuların məvacibini ödəyib.

Bu gediş sakit alınmayıb. Şəmkir publikasıyla onun arasında narazılıq baş verib. Məhz ciddi fikir ayrlığı üzündən Vüqar Nadirov da komandanın sükanı arxasını tərk edib.

Vaxtilə iki dəfə ölkə çempionu titulunu qazanmış «Şəmkir» II Liqada mövsümü beşinci pillədə başa vurub.

50 xal toplayan kollektiv ondan 1 xal çox xal toplayan «Hypers»dən geri qalaraq, I Liqaya vəsiqə uğrunda pley-off oyunundan kənarda qalıb.

SPORTİNFO.AZ

Chosen
18
sportinfo.az

1Sources