EN

Naxçıvanda “Qan ver, həyat qurtar” adlı könüllü qanvermə aksiyası keçirilib

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümumdünya Qan Donoru Gününə həsr olunmuş “Qan ver, həyat qurtar” adlı könüllü qanvermə aksiyası keçirilib. 

Aksiyada Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşları və çoxsaylı könüllü vətəndaşlar iştirak edib. Toplanmış qan, ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Qan Bankı və Qanköçürmə Mərkəzində saxlanılıb. Aksiyanın əsas məqsədi qan ehtiyatlarının artırılması və sağlamlıq imkanları məhdud olan xəstələrə dəstək göstərmək, həmçinin vətəndaşlarda sağlamlıq və humanitar məsuliyyətə diqqətin artırılmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
1
xalqqazeti.az

2Sources