EN

Narkotik çəkib BMV sürdü, saxlanıldı

ain.az, Axar.az saytına istinadən bildirir.

Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Axar.az xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində BMV markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü A.Əliyevə “saxla” işarəsi verilib.

Hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilən sürücünün narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

A.Əliyev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
10
axar.az

7Sources