Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Tovuz şəhərində yerləşən "İrşad" elektronika mağazasından oğurluq edən şəxsə hökm oxunub. Hadisəyə səbəb mağaza tərəfindən ona kreditlə telefon verilməməsi olub.
Qaynarinfo-nun məlumatına görə, 1969-cu il təvəllüdlü Tovuz rayon sakini Tərlan Məmmədov (şərti ad) saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 177.2.3 (gecə vaxtı oğurluq) və 177.2.4 (yaşayış yerindən, habelə digər bina və tikililərdən oğurluq) maddələri ilə cinayət işi açılıb. İşı məhkəmədə baxılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, "İrşad" mağazasına gedərək bir telefon bəyənib və onu kreditlə almaq istəyib. Lakin kredit verilmədiyi üçün narazı qalıb. Şəhid qardaşı olduğunu deyən Tərlan buna əsəbiləşib və evə gedərək içki qəbul edib. Daha sonra - gecə saat 03:15 radələrində mağazaya qayıdıb və giriş qapısındakı asma qıfılı əlindəki metal armatur parçası ilə sındıraraq içəri daxil olub.
O, ümumi dəyəri 5699,96 manat olan müxtəlif markalara məxsus dörd mobil telefonu oğurlayaraq evində gizlədib. Hadisədən sonra polis tərəfindən saxlanılıb və cinayətini etiraf edib.
Məhkəmənin hökmü ilə Tərlan Məmmədov 2 il 3 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə zalından azadlığa buraxılıb.
Aydın
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.