EN

Ərdoğan Məhəmməd bin Salmanla İran-israil qarşıdurmasını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı İsrail-İran münaqişəsi, regional və qlobal problemlər müzakirə olunub.

Ərdoğan “İsrailin bölgənin sabitliyi və təhlükəsizliyinə ən böyük təhdid olduğunu, bunun İrana hücumla bir daha sübut etdirildiyini, gərginliyi azaltmaq üçün İsrailin qarşısının alınmasının lazım olduğunu” bildirib.

Chosen
66
50
apa.az

10Sources