EN

Milyarder Sanjay Kapur dünyasını dəyişdi Arı udmuşdu

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Aureus Polo Team”in sahibi və Şahzadə Uilyamın yaxın dostu, iş adamı Sanjay Kapur, Vindzordakı “Smith's Lawn”da keçirilən “Cartier Trophy” yarışının yarımfinal matçı zamanı vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Guards Polo Club” açıqlama yayıb.

“Sanjay Kapurun matç zamanı özünü pis hiss etdiyini və yardım almasına baxmayaraq, dünyasını dəyişdiyini dərin hüznlə elan edirik”, - klubun açıqlamasında deyilir.

53 yaşlı Kapurun ölümü ilə bağlı məlumatı onun sədr vəzifəsində çalışdığı “Sona Komstar” da təsdiqləyib. Şirkət verdiyi açıqlamada ölümün səbəbinin qəfil infarkt olduğunu bildirib.

“The Mirror” nəşrinin yazdığına görə, infarkt nadir rast gəlinən bədbəxt hadisə nəticəsində baş verib – oyun zamanı arı Kapurun ağzını sancıb, anafilaktik şoka səbəb olub və nəticədə onun ürəyi dayanıb. Hadisə şahidlərinin sözlərinə görə, o, huşunu itirməzdən əvvəl: “Mən nəsə uddum” deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
64
21
yeniavaz.com

10Sources