BAKI, 14 iyun. TELEQRAF
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında sonuncu oyununu keçirib.
Teleqraf xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Rumıniya seçməsi ilə qarşılaşıb.
Xorvatiyanın Zadar şəhərində təşkil olunan görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, Azərbaycan yığma komandası Avropa Qızıl Liqasında mübarizəni dayandırıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqro ilə Xorvatiyaya isə 1:3 hesabı ilə uduzub.