EN

Netanyahu: İran iki dəfə Trampı öldürməyə cəhd edib

Netanyahu: İran iki dəfə Trampı öldürməyə cəhd edib

İsrailin baş naziri: İran bütün Qərbə hədə-qorxu gəlir...

İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, İran ABŞ-ın sabiq prezidenti Donald Trampı iki dəfə öldürməyə cəhd göstərib.

AFNaz xəbər verir ki, bu barədə o, Trampın doğum günü və ABŞ ordusunun 250 illiyi münasibətilə yayımladığı ingilisdilli video-müraciətində bildirib.

Netanyahu çıxışında qeyd edib ki, İsrail hazırda İrana qarşı apardığı hərbi əməliyyat zamanı yalnız özünü deyil, həm də Yaxın Şərqdə və ondan kənarda azadlığı müdafiə edir:

“Hazırda İran rejimi bizim dinc yaşayış məntəqələrimizi bombalayır, biz isə terrorçuları hədəfə alırıq. Bu yeni bir hal deyil. Onlar prezident Trampı iki dəfə öldürməyə cəhd ediblər. Onlar ABŞ səfirliklərini bombalayıblar. 1983-cü ildə Beyrutda 241 amerikalı dəniz piyadasını qətlə yetiriblər. Onlar İraq və Əfqanıstanda minlərlə amerikalını əldəqayırma partlayıcı qurğularla öldürüb və yaralayıblar. Onlar Amerika bayrağını yandırır, fasiləsiz olaraq "Amerikaya ölüm!" şüarını səsləndirirlər,” – deyə İsrailin baş naziri bildirib.

Netanyahunun çıxışı, İsrailin İrana qarşı həyata keçirdiyi hərbi kampaniya fonunda səsləndirilib və Qərbə ünvanlanmış siyasi mesaj kimi dəyərləndirilir.

Chosen
43
afn.az

1Sources