EN

Ərdoğan Trampla danışdı

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

Referans xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial media hesabında məlumat yayılıb.

Məlumata görə, söhbət zamanı İsrail ilə İran arasında davam edən toqquşmalar, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan bildirib ki, Türkiyə İran ilə İsrail arasındakı gərginliyi yaxından izləyir və yaranmış münaqişənin həllində başlanmış nüvə danışıqlarını yeganə çıxış yolu kimi görür. O qeyd edib ki, ABŞ-ın da problemin həlli üçün nüvə danışıqlarının davam etməsinə dair mövqeyi Türkiyə tərəfindən dəstəklənir.

Prezident əlavə edib ki, Türkiyə bölgədə nəzarətsiz şəkildə gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazırdır./Globalinfo.az   

Chosen
21
50
referans.az

10Sources