EN

Bu yay dörd futbolçu ayrılacaq - “Barselona”dan

“Barselona” yay transfer dönəmində heyətində dəyişikliklər etməyə hazırlaşır.

Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin planlarına daxil olmayan dörd futbolçu ilə yollar ayrılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Siyahıda Ansu Fati, Pau Viktor, Pablo Torre və İnyaki Penya yer alıb. Bu dörd futbolçu artıq klub tərəfindən rəsmi şəkildə məlumatlandırılıb və yeni komanda axtarışına başlayıblar.

“Barselona” son mövsümdə La Liqanın çempionu olub. Komanda bundan ələvə, finalda “Real”ı məğlub edərək, ölkə kubokunu qazanıb.

Chosen
8
sportinfo.az

1Sources