EN

Putin 50 dəqiqəlik müzakirədə Trampa yeni təklif verib: "Bu, gözlənilməz nəticələr yaradacaq" - "İsrail və İran arasında vasitəçiliyə hazıram"

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığında İsrail və İran arasında vasitəçilik təklif edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentiin xarici siyasət üzrə müşaviri Yuri Uşakov açıqlayıb.

O bildirib ki, Putinlə Tramp arasında 50 dəqiqəlik telefon danışığı olub: "İki lider arasında görüş məzmunlu, aydın və faydalı olub. Görüşdə əsasən Yaxın Şərqdəki vəziyyət, İsrailin İrana qarşı hərbi əməliyyatı müzakirə olunub. Putin İsrailin hücumunu pisləyib və bunun Yaxın Şərqdə gözlənilməz nəticələrə gətirib çıxara biləcəyindən ciddi narahatlığını ifadə edib. Putin daha sonra İran prezidenti Məsud Pezeşkian və İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı barədə Trampı məlumatlandırıb. Rusiya lideri münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğualyıb və Rusiyanın vasitəçiliyə hazır olduğunu elan edib. Biz buna hazırıq".

Uşakov Putinlə Ulrayna savaşının müzakirə edildiyini də dilə gətirib: "Rusiya iyunun 22-dən sonra Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır"

Kremlin xarici siyasət müşaviri Uşakov Putinin 79 yaşını qeyd edən ABŞ prezidenti Trampı ad günü münasibətilə təbrik etdiyini də xatırladıb: "Hər iki lider, ikitərəfli və beynəlxalq gündəmlər nə qədər mürəkkəb olsa da, təcili məsələlərə fokuslanmağa, həll yolları axtarmağa və biznes yönümlü ünsiyyət qurmağa imkan verən şəxsi münasibətlərindən məmnun olduqlarını ifadə ediblər” 

Zülfiyyə Mustafayeva
MİA.AZ

Chosen
13
1
mia.az

2Sources