EN

İraq: ABŞ hava məkanımızın qorunmasına məsuliyyət daşıyır

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Qahirə, 15 iyun, AZƏRTAC

İraq hava məkanının İsrail tərəfindən pozulmasının qarşısının alınmasında rəsmi Vaşinqtonu üzərinə götürdüyü məsuliyyətini dərk etməyə çağırıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, İraq hökuməti çərçivə sazişinə əsasən, ölkənin hava sərhədlərinin İsrail təyyarələri tərəfindən pozulmasının qarşısının alınmasında ABŞ-ın məsuliyyətini xatırladan və öhdəliklərini yerinə yetirməyə çağıran rəsmi məktub ünvanlayıb. Məktubda, həmçinin "İraqın suverenliyinə və hava məkanının toxunulmazlığına hörmət edilməsinin vacibliyi" vurğulanıb.

Qeyd olunub ki, “ABŞ İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyaya rəhbərlik edən ölkə kimi öz öhdəliklərini yerinə yetirməli və İraqın hava məkanı üzərində suverenliyini pozan və ya onu təhlükəyə məruz qoyan hər hansı pozuntunun qarşısını almalıdır”.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
50
2
azertag.az

3Sources