EN

KİV: İranın zərbəsindən sonra Bat-Yamda təxminən 35 nəfər itkin düşüb

İranın hücumundan sonra İsrailin mərkəzində yerləşən Bat-Yam şəhərində partlayış baş verən ərazidə təxminən 35 nəfər itkin düşüb.

Operativ Media-nın məlumatına görə, İsrailin "Ynet" xəbər portalı Magen David Adom milli təcili yardım xidmətinə istinadən xəbər verir.

Son məlumata görə, Bat-Yam və Rehovot şəhərlərində zərərçəkənlərin sayı 137 nəfərə çatıb. Onlardan 6-sı ağır, 19-u orta-ağır, digərləri isə yüngül xəsarət alıblar.

Magen David Adomun məlumatına əsasən, həmin ərazilərdə həlak olan üç nəfər arasında 10 yaşlı bir uşaq və iki qadın da var.

Chosen
243
50
operativmedia.az

10Sources