“Mançester Yunayted” gələn ilin yanvarında “Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillipsi transfer etmək istəyir.
Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq ingilis futbolçunu 2024-cü ilin yanvar ayı üçün əsas transfer hədəfi kimi müəyyənləşdirib.
Yarımmüdafiəçi daha çox oyun praktikası əldə etmək istədiyi üçün komandasını dəyişməyə hazırdır.
Fillips bu mövsüm 8 oyuna çıxıb.