Zaqatala rayonunda ötən gün yol qəzasında xəsarət alan sürücü bu gün dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, hadisə iyunun 14-də saat 17 radələrində rayonun Mosul kəndi ərazisində qeydə alınıb.
Belə ki, motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən sürücü, 1958-ci il təvəllüdlü Osman Orucov göstərilən tibbi yardımlara baxmayaraq, bu gün gecə saatlarında ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.