EN

Klublararası Dünya Kuboku başladı: Messinin klubu heç-heçə etdi – Video


ABŞ-də ilk dəfə 32 komandanın iştirak etdiyi FIFA Klublararası Dünya Kuboku start götürüb.
Yeniavaz.com
xəbər verir ki, Mayamidəki açılış matçında Amerikanın “İnter Mayami” və Misirin “Əl-Əhli” klubları qarşılaşıb.
Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
43-cü dəqiqədə “Əl-Əhli” penalti qazansa da, misirli yarımmüdafiəçi Trezeqe onu effektli şəkildə qola çevirə bilməyib.
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi, uruqvaylı forvard Luis Suares və ispaniyalı yarımmüdafiəçi Serxio Buskets matç başa çatanadək meydanda qalıblar.

Chosen
4
1
yeniavaz.com

2Sources