EN

İran yüksəkrütbəli hərbçilərini iyunun 17-də dəfn edəcək

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) səkkiz yüksək rütbəli iranlı hərbçinin həlak olduğunu açıqlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusu etiraf edib ki, 2013-cü il iyunun 21-də baş verən hücumda Hərbi Hava Qüvvələrinin komandanı Əmir-Əli Hacızadə ilə yanaşı, generallar Mahmud Baqiri, Davud Şeyxian, Məhəmməd-Bağer Taherpur, Mənsur Səfərpur, Məsud Tayyib, Xosro Hüseyni və Cavad Carsara həlak olub.

İyunun 17-i çərşənbə axşamı Tehranda bir milyon insanın iştirakı ilə möhtəşəm dəfn mərasimi keçiriləcək. Şəhidlərin dəfn mərasimi çərşənbə axşamı səhər saat 8:00-da Tehranın İslam İnqilabı meydanında və Azadi meydanında keçiriləcək.

Chosen
49
moderator.az

1Sources