EN

İranın yeni baş komandanı: İsrailə qəti zərbə endiriləcək

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Əmir Hatami bildirib ki, ölkənin Silahlı Qüvvələri tam hazırlıqlı vəziyyətdədir və İsrailə qəti zərbə endirəcək.

Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Vəzifəyə təyin olunduqdan sonra o, yayımladığı müraciətdə belə vəd verib.

Bundan əvvəl, 14 iyun tarixində, İslam İnqilabının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei general-leytenant Əmir Hatamini İran İslam Respublikasının Ordusunun Baş Komandanı vəzifəsinə təyin edib.

General Hatami 2013-2021-ci illərdə İranın Müdafiə naziri vəzifəsində çalışıb.

Rəsmi fərmanda Ayətullah Xamenei Hataminin "fədakarlıq, səriştə və təcrübəsini" bu təyinatın əsası kimi göstərib və onun rəhbərliyi altında "dönüşümlü və inqilabi yanaşma"nın həyata keçirilməsini istəyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
158
9
icma.az

10Sources