EN

Goranboyda taksi sürücüsü həmkəndlisi tərəfindən döyüldü

GORANBOY, 15 iyun. TELEQRAF

Goranboy rayonunda taksi fəaliyyəti ilə məşğul olan şəxs müştəri qismində avtomobilə əyləşən həmkəndlisi tərəfindən döyülüb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Dəliməmmədli şəhəri ərazisində baş verib.

Belə ki, Quşçular kənd sakini, 1985-ci il təvəllüdlü Davud Zeynalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata əsasən, D.Zeynalov həmkəndlisini müştəri kimi avtomobilinə mindirib, lakin həmin şəxs sonradan onu ünvana aparmaqdan imtina edib. Bu zaman aralarında mübahisə yaranıb və nəticədə sürücü döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
43
2
teleqraf.com

4Sources