Ukrayna Tatarıstana pilotsuz uçuş aparatı ilə hücum edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov bildirib.
Onun sözlərinə görə, PUA hücumu nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
PUA-nın hissəıəri zavodun buraxılış məntəqəsinə düşüb. Yaralılardan bir nəfərin vəziyyəti ağırdır.