EN

İranda iki “Mossad” agenti saxlanıldı

İranın Əlborz əyalətində polis əməkdaşları İsrailin “Mossad” kəşfiyyat xidmətinin iki agentini saxlayıblar.

Oxu.Az bu barədə ISNA agentliyinə istinadla xəbər verir.

“Əlborz əyaləti polisinin kəşfiyyat bölməsinin keçirdiyi əməliyyat nəticəsində “Mossad”la əlaqəsi olan iki nəfər saxlanılıb. Onlar Savoybolaq şəhərində partlayıcı maddələr, bombalar və elektron avadanlıqların hazırlanması ilə məşğul olublar”, – deyə məlumatda bildirilir.

Chosen
22
1
editor.az

2Sources