Bakı. Trend:
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Vətən müharibəsişəhidi, polkovnik-leytenant Xəlilov Vidadi Vaqif oğlunun xatirəsinəhəsr olunmuş anım tədbiri keçirilib.
Trend xəbər verirki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzindəkeçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyətnümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşlarıiştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə dəAzərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrundaşəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyiqəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yoluhaqqında danışıblar.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət vəqayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğunagörə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin AliBaş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehribanxanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinəminnətdarlıqlarını bildiriblər.