EN

Naxçıvanda mikroavtobus aşdı - 4 nəfər xəsarət aldı


Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı 67-BF-243 dövlət nömrəli nişanlı “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Hadisədə 3-ü qadın biri uşaq olmaqla 4 nəfər xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Chosen
34
25
news24.az

10Sources