EN

Goranboyda külək irigövdəli ağacı transformatorun üzərinə aşırdı - FOTO

Goranboyda külək nəhəng qovaq ağacını kökündən qoparaq aşırıb. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, təbiət hadisəsi rayon ərazisində qeydə alınıb. Küləyə tab gətirməyərək aşan irigövdəli ağac transformatorun üzərinə düşüb. Həmçinin, sakinlərə məxsus istixana, arpa, buğda, günəbaxan, sahələrinə gediş-gəlişi kəsib. Həmin yoldan istifadə edən təsərrüfatçılar ağacın ərazidən götürülməsi üçün adiyyatı qurumları məlumatlandırıblar.

Qeyd edək ki, aşan ağac təsərrüfatlarda biçin aparmaq üçün kombaynların, digər texnikların hərəkətinə ciddi maneələr yaradıb. Yaxınlıqdakı fermaya enerji verilişi də dayanıb. Hazırda qərb bölgəsində qismən küləkli hava şəraiti höküm sürür.

 

FOTO QALEREYA
Chosen
19
avtosfer.az

1Sources