Vasili Berezutski baş məşqçisi olduğu "Sabah"ı tərk etməsi ilə bağlı açıqlama verib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o deyib:
"Baş məşqçi kimi debüt etmək imkanı yaratdığı üçün “Sabah” Futbol Klubuna səmimi təşəkkürümü bildirirəm.Mövcud vəziyyətdə göstərilən etimada və anlayışa görə klub rəhbərliyinə minnətdaram
. Komandaya və klubun bütün əməkdaşlarına peşəkarlığa və görülən işə görə təşəkkür edirəm.
Futbolçulara isə sərgilədikləri misilsiz fədakarlığa görə ayrıca minnətdaram. Və əlbəttə, azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm.
Amma bu – həyatdır. Təəssüf ki, ailəvi şəraitlə bağlı vəzifəmi klub üçün bu qədər sevincli bir anda tərk etmək məcburiyyətindəyəm.
Komandanın bir hissəsi olduğuma və bu çoxdan gözlənilən kuboku bölüşmək imkanına görə sevincliyəm".